Biləsuvar rayonunda bu il martın 1-də avtomobil qəzasına düşən yeniyetmə vəfat edib. SİA-nın məlumatına görə, o, müalicə aldığı xəstəxanada bu gün həyatını itirib.
Qeyd edək ki, hadisə martın 1-də Biləsuvar- Bəhramtəpə avtomobil yolunun rayonun Nərimankənd kəndindən keçən hissəsində qeydə alınmışdı.
2008-ci il təvəllüdlü E.Muradlı atasına məxsus olan "Niva" markalı avtomobili idarə edərkən idarəertməni itirib. Nəticədə avtomobil yol kənarındakı işıqlandırma dirəyinə çırpıldıqdan sonra aşıb.
Hadisə nəticəsində sürücü və sərnişin, 2011-ci il təvəllüdlü Tunar Əlizadə xəsarət alaraq rayon xəstəxanasına çatdırılıb.
Yaralılara zəruri ilkin tibbi yardım göstərilib və sürücünün xəsarəti yüngül olduğundan ambulator müalicəyə buraxılıb. Lakin qapallı kəllə-beyin travması alan T.Əlizadə daha sonra ixtisaslaşmış xəstaxanalardan birinə yola salınaraq müalicəsini orada davam etdirirdi.
Bütün xəbərlər Facebook səhifəmizdə