Qobustanda üç nəfər çayda boğulub

Qobustan rayonunun Poladlı kəndində faciəli hadisə baş verib. İlkin məlumata görə, rayonun Ərəbqədim kənd sakinləri – 1992-ci il təvəllüdlü Rahib Cavadlı, qardaşı uşaqları 2010-cu il təvəllüdlü Eyyub Cavadlı və 2007-ci il təvəllüdlü Teyyub Cavadlı pir ziyarətinə gediblər.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Eyyub Cavadlı ayağının sürüşməsi nəticəsində Pirsaat çayına düşüb. Onu xilas etməyə çalışan əmisi Rahib Cavadlı və qardaşı Teyyub Cavadlı da suda boğularaq dünyasını dəyişiblər.

Hadisədən sonra ərazidə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri axtarışlara cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində batan şəxslərin meyitləri sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisənin təfərrüatları və ölümün dəqiq başvermə səbəbləri araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə