Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonunun Ceyranbatan qəsəbəsində açıq sahədə yanğın baş verməsi barədə məlumat daxil olub. FHN-in mətbuat xidmətindən SİA-ya bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb edilib.
FHN qüvvələrinin çevik müdaxiləsi sayəsində açıq ərazidə baş vermiş yanğın havanın küləkli olmasına baxmayaraq genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində 3 hektar sahədə quru ot və kol-kos yanıb. Ərazidəki ağaclar yanğından mühafizə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə