Tovuz rayonunun Ceyrançöl adlanan ərazisində, Kür çayının sahilində yanğın hadisəsi qeydə alınıb.
SİA-nın məlumatına görə, hadisə vətəndaşlara məxsus açıq sahədə anidən başlayıb.
Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 4, Ağstafa rayon Dövlət Yanğından Mühafizə Hissəsinin isə 1 yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub.
Yanğın nəticəsində təxminən 300 hektara yaxın quru otlaq və kol-kos sahəsi yanıb. FHN əməkdaşlarının operativ müdaxiləsi sayəsində ərazidə yerləşən vətəndaşlara məxsus fermalar alovdan qorunub.
Hadisə ilə bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə