Bakı şəhəri, Xətai rayonu, Ə.Şıxlinski küçəsində tullantılar yığılmş sahədə yanğın baş verib. Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə