Yağış yağıb, külək güclənib - FAKTİKİ HAVA

Azərbaycanda avqustun 20-si saat 9:00-a olan məlumata əsasən hava əsasən yağmursuz keçib. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Lakin səhər saatlarında Abşeron yarımadasının bəzi yerlərində (Sumqayıtda 1 mm-dək) qısamüddətli az yağış yağıb.

Şərq küləyi əsib, küləyin maksimal sürəti arabir Naftalanda 20, Culfada 19 m/s-dək güclənib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34, dağlıq rayonlarda 29, Aran rayonlarında 37, Naxçıvan MR-da 38 dərəcəyədək isti qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə