Yevlaxda kran-drezinlə toqquşan minik avtomobilinin sürücüsü bir həftə sonra ölüb
Yevlaxda kran-drezinlə toqquşan minik avtomobilinin sürücüsü bir həftə sonra ölüb. SİA xəbər verir ki, hadisə avqustun 12-də Yevlax-Bərdə dəmiryolu xəttinin 22-ci kilometrliyində qeydə alınıb.
Belə ki, 1971-ci il təvəllüdlü Fərman Süleyman oğlu Quliyev idarə etdiyi “Mecane” markalı avtomobillə dəmiryolu xəttinin üzərində kran-drezinlə toqquşub. Sürücü Bərdə Şəhər Diaqnostika Mərkəzinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, F.Quliyev avqustun 19-da vəfat edib.
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə