Binəqədi avtobus dayanacağına zərər vuran barəsində məsuliyyət tədbiri görülüb

Binəqədi avtobus dayanacağına zərər vuran barəsində məsuliyyət tədbiri görülüb

Bakının Binəqədi rayonundakı avtobus dayanacağına zərər vurulması və ərazidəki antisanitar vəziyyətlə bağlı paylaşılmış görüntülər araşdırılıb. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Məlumata görə, dövlət əmlakına zərər vuran, ictimai yerdə antisanitar vəziyyət yaradaraq vətəndaşların narazılığına səbəb olan şəxs saxlanılaraq məsuliyyətə cəlb olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə