Lənkəran rayonunda yeniyetmə göldə boğularaq ölüb. SİA-nın məlumatına görə, hadisə rayonun Tükəvilə kəndi ərazisində baş verib.
Belə ki, kənd sakini 2007-ci il təvəllüdlü Tohid Bəhram oğlu Ələsgərov ehtiyatsızlıqdan sahələrin suvarılması üçün yaradılan gölə yıxılıb və suda boğulub. Yaxınları hadisədən xəbər tutandan sonar göldəki suyun səviyyəsi azaldılıb.Bundan sonra meyiti sudan çıxarmaq mümkün olub.
Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə