Bakıda yataqxanada yanğın olub, bir nəfər xəsarət alıb

Bakıda yataqxanada yanğın olub. SİA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Nəsimi rayonunda ikimərtəbəli yataqxana binasının 1-ci mərtəbəsində 50 m² sahədə məişət tullantıları yanıb. Yataqxana binası yanğından mühafizə olunub. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə