Salyanda yol-nəqliyyat hadisəsi olub, ölən və xəsarət alanlar var
Salyanda yol-nəqliyyat hadisəsi olub. SİA-nın məlumatına görə, avtoqəza rayonun Yenikənd kəndi ərazisində qeydə alınıb.
Belə ki, “Mercedes” və “VAZ-2107” markalı avtomobillər toqquşub. Nəticədə Salyanın Şəkərli kənd sakini, 1955-ci il təvəllüdlü Qəribxan Yunus oğlu Qəfərov hadisə yerində ölüb.
Digər iki sərnişin - 1962-ci il təvəllüdlü Şahlar Bolşevik oğlu Rzayev və 1982-ci il təvəllüdlü Sevinc Əlhüseyn qızı Qasımova isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB