Bakıda üçdən çox nəqliyyat vasitəsi toqquşub, ölən və xəsarət alanlar var - YENİLƏNİB
Bakı şəhəri Suraxanı rayonu, Aeroport şosesində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Üçdən çox nəqliyyat vasitəsinin iştirakı ilə baş verən qəza səbəbindən mərkəz istiqamətində sıxlıq yaranıb.
SİA-nın əldə etdiyi məlumata görə, qəza zamanı ölən və xəsarət alanlar var.
Bütün xəbərlər Facebook səhifəmizdə