Cəlilabadda qadın qətlə yetirildi

Cəlilabad rayonunda qətl hadisəsi baş verib. SİA-nın verdiyi məlumata görə, hadisə rayonunun Alar kəndində qeydə alınıb.

Belə ki, kənd sakini olan ortayaşlı qadın qətlə yetirilib. Hazırda hadisənin təfərrüatları dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə