Yaşayış binasında partlayış oldu - xəsarət alanlar var

Lökbatan qəsəbəsində yerləşən beşmərtəbəli yaşayış binasında mənzildə partlayış baş verib. SİA-nın verdiyi məlumata görə, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yanğınla nəticələnən partlayışın baş verdiyi müəyyən olunub.

Hadisə nəticəsində ikiotaqlı mənzilin bir otağının dəhlizinin yanar konstruksiyaları 26 m² sahədə və mətbəxin lambirdən ibarət tavanı 10 m² sahədə yanıb, partlayış nəticəsində bir otağın pəncərə çərçivəsi yerindən çıxıb, digər otağın pəncərə şüşələri sınıb və mətbəxin əşyaları dağılıb, bir nəfər xəsarət alıb, qonşu mənzildən 3 nəfər sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə