Ötən il Azərbaycanda ömürlük azadlıqdan məhrum edilənlərin sayı bilinib

2024-cü ildə Azərbaycanda 10 nəfər ömürlük azadlıqdan məhrum edilib. SİA xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin "Azərbaycanda hüquqpozmalar" adlı məcmuəsində qeyd edilib.

Bu göstərici 2023-cü ildə 5 nəfər olub.

Həmçinin, qeyd edilib ki, 2 ildən 5 ilə qədər 3770 nəfər, 5-10 ilə qədər 1921 nəfər, 10 ildən 20 ilə qədər isə 366 nəfər həbs edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə