Yaponiyadan Azərbaycana idxal edilən 600 ədəd qazlı suda uyğunsuzluq aşkarlanıb - FOTOLAR
Yaponiyadan Azərbaycana gətirilən 600 ədəd meyvə aromalı qazlı su məhsullarında benzoy turşusunun kütlə qatılıq miqdarının normadan artıq olduğu aşkarlanıb. SİA xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bundan başqa, 120 ədəd südlü içki, 72 ədəd qazsız təbii su, 18 ədəd meyvə şirəsi və 480 ədəd alkoqolsuz içki məhsullarının da istifadə müddətinin bitdiyi müəyyənləşib.
Bununla bağlı müvafiq tədbirlər görülüb, istehlaka yararsız məhsullar məhv edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə