Ağdərədə növbəti yanğın baş verib

Ağdərə rayonunda növbəti dəfə yanğın müşahidə olunur. SİA xəbər verir ki, rayonun Ortakənd kəndi ərazisində baş verən yanğın quru ot və kolluq ərazidə başlayıb.

Havanın küləkli olması səbəbilə alov genişlənərək dağlıq ərazidə yerləşən meşə sahəsinə keçib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi (FHN) Tərtər və Naftalan rayonlarının yanğınsöndürmə briqadaları, həmçinin helikopter cəlb edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə