Bilgəhdə dənizdə batan gəncin meyiti tapılıb

Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə batan gəncin meyiti tapılıb. Bu barədə SİA-ya Fövqalədə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 10 avqust 2025-ci il tarixində FHN-in "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə nəzarətsiz ərazidə 1 nəfərin batması barədə məlumat daxil olub və FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları tərəfindən axtarışlara başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə