Tovuzda açıq ərazidə yanğın olub - FOTO

Tovuzda yanğın hadisəsi baş verib. SİA-nın bölgə müxbirinin məlumatına görə, hadisə rayonun Qazıqulu kəndində qeydə alınıb.

Kənddə bələdiyyə məxsus ərazidə anidən yanğın başlayıb. Dərhal hadisə yerinə FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb edilib. Yanğın zamanı kol-kos və bir neçə şam ağac yanıb. Yanğın söndürülüb, yaxınlıqda olan qaz xətti, evlər və orta məktəbinin binası yanğından mühafizə edilib.

Baş verən yanğın hadisəsi ilə bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə