Hacıqabul rayonunda bıçaqlanma olub. DİN-in Mətbuat Xidməti Şirvan regional qrupundan SİA-ya bildirilib ki, Hacıqabul rayon sakini, 42 yaşlı N.Abuşov aralarında yaranmış mübahisə zəminində tanışı, 30 yaşlı Q.Kərimova xəsarət yetirib.
N.Abuşov polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB