Ağdamda silahlı şəxs tutulub

Ağdamda silahlı şəxs tutulub. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə Regional qrupundan məlumat verilib.

Qeyd olunub ki, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində qanunsuz olaraq silah-sursat əldə etməkdə şübhəli bilinən rayon sakini Səbuhi Səfərov saxlanılıb. Onun yaşadığı ünvandan "AK-74" markalı avtomat aşkarlanaraq götürülüb. O, sılahı bir müddət əvvəl taparaq yaşadığı ünvanda gizlətdiyini bildirib.

Faktla bağlı cinayət işi bașlanılıb, araşdırmalar davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə