Naxçıvanda suyun verilişində fasilə yaranacaq

Naxçıvan şəhərinin bəzi yerlərində içməli suyun verilişində fasilə yaranacaq. SİA-nın məlumatına görə, Naxçıvan şəhərinin Əliqulu Qəmküsar küçəsi, Babək və Əlincə məhəlləsini içməli su ilə təmin edən magistral xətdə baş verən qəza ilə bağlı martın 22-də suyun verilməsi dayandırılacaq.

Qeyd edilib ki, təmir-bərpa işlərinin gün ərzində yekunlaşdırılması planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə