Məhkəmə Rüfət Səfərov barəsində qərar verib

Binəqədi Rayon Məhkəməsində ictimai fəal Rüfət Səfərov barəsində olan həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanın vəsatətinə və prokurorluğun təqdimatına baxılıb. SİA-nın məlumatına görə, vəsatət təmin olunub və onun barəsində həbs qətimkan tədbirinin müddətinin mayın 3-dək uzadılması ilə bağlı qərar verilib.

Qeyd edək ki, Rüfət Səfərov ötən il dekabrın 3-də saxlanılıb. O, Cinayət Məcəlləsinin 178.3.2. (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) və (221.1-ci xuliqanlıq), 127-ci (sağlamlığa yüngül zərər vurma) maddələri ilə ittiham olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə