Bərdə rayonunda doğuş zamanı 28 yaşlı ana ölüb, körpəsi sağ qalıb. SİA-nın əldə etdiyi məlumata görə, Bərdə rayon sakini, 1997-ci il təvəllüdlü Füruzə Qaçaylı kəskin ağrılarla xəstəxanaya müraciət edib.
37 həftəlik hamiləlik dövründə olan qadın Bərdə Rayon Mərkəzi Xəstəxanasında doğuş əməliyyatına götürülüb və əməliyyat normal keçib. Lakin daha sonra halı pisləşən F.Qaçaylı həyatını itirib, doğulan körpə (oğlan) isə sağdır.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə