Naxçıvan Muxtar Respublikasının (MR) iqlimini əks etdirən xəritə hazırlanıb. SİA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Naxçıvan MR ekologiya və təbii sərvətlər naziri Xanlar Mustafayev deyib.
Onun sözlərinə görə, qeyd olunan xəritə Naxçıvan Dövlət Universitetinin (NDU)Elmi-Texniki Şurasında (ETŞ) təsdiq edilib:
“Ötən ildən başlayaraq, muxtar respublika ərazisində qar-su ehtiyatlarının müəyyənləşdirilməsi, su resurslarının qiymətləndirilməsi məqsədilə Mərkəzin mütəxəssisləri tərəfindən dağlıq ərazilərdə qarölçmə işləri aparılıb.
Eyni zamanda, yerüstü suların monitorinqi və nəzarətin təşkili həyata keçirilib, “SOMMER” cihazı vasitəsilə Əlincəçay, Naxçıvançay, Gilançay, Nürgütçay, Parağaçay, Vənəndçay, Küküçay və Araz çayının Culfa hidroloji məntəqəsinə aid olan hissəsindən ayda 3 dəfə olmaqla, 10 gündən bir suyun sərfi ölçülüb, su nümunələri götürülərək laboratoriyada analizlər aparılıb”.
Bütün xəbərlər Facebook səhifəmizdə