Xalq artisti Ənvər Həsənov dəfn olunub

Xalq artisti Ənvər Həsənov dəfn olunub. SİA xəbər verir ki, mərhumla əvvəlcə evində vida mərasimi keçirilib.

Mərasimdə aktyorun ailə üzvləri, sənət dostları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Daha sonra mərhumun cənazəsi Buzovna qəsəbəsi qəbiristanlığına aparılaraq torpağa tapşırılıb.

Qeyd edək ki, Ənvər Həsənov martın 16-da 75 yaşında vəfat edib.

Bütün xəbərlər Facebook səhifəmizdə