Gəncədə suqızdırıcı partlayıb, ağır xəsarət alan var. SİA-nın məlumatına görə, hamam otağında su qızdırıcının partlaması nəticəsində, Gəncə şəhər sakini, 1968-ci il təvəllüdlü Əli Xudiyevin üzərinə qaynar su dağılıb.
O, ağır yanıq xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
Zərər çəkənin vəziyyətinin ağır olaraq qaldığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə