Gəncədə suqızdırıcı partlayıb, ağır xəsarət alan var

16 Mart 2025 15:40 (UTC+04:00)

Gəncədə suqızdırıcı partlayıb, ağır xəsarət alan var. SİA-nın məlumatına görə, hamam otağında su qızdırıcının partlaması nəticəsində, Gəncə şəhər sakini, 1968-ci il təvəllüdlü Əli Xudiyevin üzərinə qaynar su dağılıb.

O, ağır yanıq xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Zərər çəkənin vəziyyətinin ağır olaraq qaldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.