Ötən gün Beyləqan rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 6 nəfər (kişi) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. SİA xəbər verir ki, TƏBİB-dən bildirilib ki, onlara bədənin müxtəlif nayihələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.
Qeyd olunub ki, 2003-cü il təvəllüdlü şəxslərə zəruri tibbi xidmət göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar. Digər 4 nəfər isə Füzuli Rayon Mərkəzi Xəstəxanasına təxliyə ediliblər, vəziyyəti stabil olaraq qiymətləndirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə