Beyləqanda yol qəzasında xəsarət alanların son durumu açıqlanıb - YENİLƏNİB

13 Mart 2025 10:28 (UTC+04:00)

Ötən gün Beyləqan rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 6 nəfər (kişi) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. SİA xəbər verir ki, TƏBİB-dən bildirilib ki, onlara bədənin müxtəlif nayihələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.

Qeyd olunub ki, 2003-cü il təvəllüdlü şəxslərə zəruri tibbi xidmət göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar. Digər 4 nəfər isə Füzuli Rayon Mərkəzi Xəstəxanasına təxliyə ediliblər, vəziyyəti stabil olaraq qiymətləndirilir.