Yolların buz bağlaması qəzalara səbəb olub - NİİM

Ötən gün axşam saatlarında bəzi yolların buz bağlaması yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olub. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Nizami rayonu, Mikayıl Əliyev küçəsi, Milli Gimnastika Arenasının qarşısı, körpüdən “Koroğlu” m/st istiqamətində hərəkət edən yük avtomobili yolun buzlu olması səbəbindən sürüşüb və sürücü qəzadan son anda xilas ola bilib.

Bununla yanaşı, digər bir yol-nəqliyyat hadisəsi isə Sabunçu rayonu, Aeroport şosesi, Hava limanı istiqamətində qeydə alınıb:

"Burada da minik avtomobillərindən birinin yolda sürüşməsi qəzanın baş verməsinə səbəb olub və yolda sıxlıq yaranıb".

Bütün xəbərlər Facebook səhifəmizdə