Bakıda bir milyon manatlıq dələduzluqda təqsirləndirilən şəxsə hökm

Bakıda dələduzluq etməkdə təqsirləndirilən Ceyhun Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. SİA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Ceyhun Zeynalov 11 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, ittihama görə, Ceyhun Zeynalov pul vəsaitlərini əvəzləşdirmə və digər qarşılıqlı hesablaşma üsulları, eyni zamanda istintaqa məlum olmayan başqa üsullarla qanunsuz olaraq Azərbaycana Respublikasına köcürülməsini təşkil etmək, həmin pul vəsaitlərini Bakı şəhəri, Cəlilabad və Masallı rayonları ərazisində istintaqa məlum olmayan şəxslərin vasitəsilə əldə etməkdə, ümumilikdə 1 milyon manata yaxın vəsaiti ələ keçirməkdə, xüsusilə külli miqdarda dələduzluqda ittiham edilib.

Ona Cinayət Məcəlləsinin 178.4-cü (xüsusi külli miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham elan olunub.

Cinayət işində 2 nəfər - Rahil Əsgərov və Şaiq Hüseynov zərərçəkmiş qismində tanınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə