Biləsuvar rayonunda qanunsuz tikililər sökülüb. SİA-nın məlumatına görə, rayonun Əliabad kənd sakini Quluzadə Elvin Abbas oğlu tərəfindən müvafiq icazəverici sənədlər olmadan rayonun İran İslam Respublikası istiqamətindəki magistral avtomobil yolunun mühafizə zolağına və vətəndaş Miriyev Adil Pirverdi oğlu tərəfindən icarəyə götürülmüş dövlət mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı əkin sahəsinin müəyyən hissəsinə aid olmaqla qanunsuz olaraq yanacaqdoldurma məntəqəsinin və digər yardımçı obyektlərin tikintisinin aparılması faktları aşkar edilib.
Biləsuvar Rayon İcra Hakimiyyəti, Əmlak Məsələləri Dövlət Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi və Biləsuvar rayon Polis Şöbəsi əməkdaşlarının iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa edilən tikililər sökülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə