2024-cü il ərzində Naxçıvan Muxtar Respublikasının prokurorluq orqanlarında 37 cinayət işinin ibtidai istintaqı aparılıb, onlardan 13-nün istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib. Bu barədə SİA-ya Baş Prokurorluqdan məlumat verilib.
Qeyd olunub ki, hesabat dövründə prokurorluq orqanları tərəfindən istintaq edilmiş cinayət işləri üzrə müəyyən edilən 376 min 667 manat maddi ziyandan 367 min 302 manatının (97,51%) ödənilməsi təmin olunub.
Bundan əlavə 2024-cü ildə Naxçıvan Muxtar Respublikası prokurorluğu orqanlarına 584 müraciət daxil olub, həmçinin Naxçıvan Muxtar Respublikası Prokurorluğunda 197, tabe rayon (şəhər) prokurorluqlarında isə 391 olmaqla, ümumilikdə 588 vətəndaş qəbul edilərək dinlənilib.
Müraciətlərinə müvafiq olaraq izahların verilməsi və onların həlli istiqamətində müvafiq tədbirlərin icrası həyata keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə