Bərdə rayonunun Mollaisalar kəndində “Hyundai” markalı minik avtomobilinin yol kənarındakı qaz borusuna çırpılması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası zamanı 3 nəfər yanıq xəsarəti alıb. Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub, yanğın söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə