Bərdədə avtomobilin qaz xəttinə çırpılması yanğına səbəb olub. SİA xəbər verir ki, hadisə rayonun Mollaisalar kəndində baş verib. Yanvarın 13-də gecə saatlarında “Hyundai Accent” markalı minik avtomobili hərəkətdə olarkən idarəetməni itirərək yolun kənarındakı qaz xəttinə çırpılıb. Qəzadan sonra qaz xəttində baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb.
Qəza nəticəsində 108 mm-lik qaz xəttinə, Qaz Tənzimləyici Məntəqəyə ziyan dəyib, bununla da Mollaisalar, Kolayır, Mollaməmmədli, Gülgəzli, Sərkarlar kəndlərinə təbii qazın verilməsi dayanıb. Hazırda qaz təchizatının bərpası üçün işlər davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə