AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması nəticəsində yaralanmış üçüncü Qırğızıstan vətəndaşı bu gün Milli Hospitaldan evə buraxılıb. SİA Qırğızıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin mətbuat mərkəzindən bildirilib.
Xatırladaq ki, dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin yaxınlığında qəzaya uğrayıb. Hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər isə yaralanıb.
İlkin məlumata görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.
Yaralılardan üçü Qırğızıstan vətəndaşı olub. Dekabrın 30-da onlar müalicələrini davam etdirmək üçün öz ölkələrinə gətiriliblər. Yanvarın 8-də iki yaralının evə buraxıldığı barədə məlumat verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə