Lənkəranda 30 yaşlı kişinin meyiti tapılıb

Lənkəranda meyit tapılıb. SİA-nın verdiyi xəbərə görə meyit Lənkəran şəhər Hacılar küçəsi, dalan 2 ünvanda evlərin birində aşkarlanıb.

Əldə etdiyimiz məlumata görə meyiti tapılan şəxs şəhər sakini 1995-ci il təvəllüdlü Fəqan Qismət oğlu Hüseynlidir.

Hazırda hüquq-mühafizə orqanları hadisə yerindədir.

Fakt araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə