FHN Sumqayıtda naməlum şəxsin maşında yanması ilə bağlı məlumat yayıb
Sumqayıt şəhərində "Kia" markalı minik avtomobilinin mühərrik hissəsi və salonu yanıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən xəbərə görə, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB