45 milyon manatlıq qaçaqmalın sərhəddən qanunsuz keçidinin qarşısı alınıb

2024-cü il ərzində Azərbaycanda 45 milyon 59 min 664 manat dəyərində qaçaqmalın dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb. SİA xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin 2024-cü ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına dair hesabat müşavirəsində məlumat verilib.

Qeyd edilib ki, bununla yanaşı, 2 ton 601 kiloqram 980 qram narkotik vasitə, 28 ton 754 kq narkotik xassəli bitki məhv edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə