Lənkəranda istehlaka yararsız içki və qida məhsulları aşkarlanıb - FOTOLAR

Lənkəran şəhəri, M.Mustafaxan küçəsi, 20B ünvanında yerləşən Baxşızadə Elnur Şahin oğluna məxsus “ZZ Şərab №1” mağazasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən keçirilmiş planlı yoxlama zamanı istifadə müddəti bitmiş müxtəlif əmtəə nişanlı içki və qida məhsulu aşkarlanıb. Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən SİA-ya verilən məlumata görə, faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülərək istehlaka yararsız ümumilikdə 60,5 litr içki və 1,4 kiloqram qida məhsulunun satışının qarşısı alınıb.

Araşdırmalar davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə