76 yaşlı kişi hündürlükdən yıxılaraq ölüb

76 yaşlı kişi hündürlükdən yıxılaraq ölüb

Sumqayıtda 76 yaşlı kişi hündürlükdən yıxılaraq ölüb. SİA xəbər verir ki, hadisə şəhərin altıncı mikrorayonunda qeydə alınıb.

Belə ki, 1949-cu il təvəllüdlü Zamiddin Həbibulla oğlu Həbibov yaşadığı doqquz mərtəbəli binanın beşinci mərtəbəsindən yıxılıb. O, hadisə yerində vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə