Yeni il bayramı günü qəzaya düşən şəxs vəfat edib. SİA xəbər verir ki, dekabrın 31-də saat 20:20 radələrində Salyan şəhərində “Hyundai” markalı avtomobilinin aşması nəticəsində ağır xəsarətlər alan Əhmədov Hilal Rafət oğlu xəstəxanada ölüb.
Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilən sürücü ötən gecə dünyasını dəyişib.
Faktla bağlı Salyan RPŞ-də cinayət işi başlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə