Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı silsilə əməliyyatlar keçirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan SİA-ya verilən məlumata görə, S.Abbasov, İ.Şirinov və N.Cəfərov saxlanılıb və onlardan ümumilikdə 6 kiloqram marixuana, heroin və metamfetamin aşkar olunub.
Faktlarla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.
Ümumilikdə isə cari il ərzində Biləsuvar RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 106 kiloqram narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə