“Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğraması nəticəsində həyatını itirən insanların xatirəsi dekabrın 26-da Bakı vaxtı ilə saat 12:00-da Azərbaycanın bütün ərazisində olduğu kimi Xankəndi şəhərində də bir dəqiqəlik sükutla yad olunub. SİA xəbər verir ki, sükut dəqiqəsi zamanı nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb. Dövlət bayraqları yarıyadək endirilib.
Baş vermiş faciə ilə əlaqədar olaraq Xankəndi şəhərində dekabrın 26-da keçirilməsi nəzərdə tutulan "Qış nağılı" yarmarkası qeyri-müəyyən vaxtadək təxirə salınıb.
Xatırladaq ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən "Azərbaycan Hava Yolları” aviaşirkətinə (AZAL) məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar olaraq dekabrın 26-da Azərbaycanda matəm elan edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə