Aktauda “Azerbaijan Airlines” təyyarəsinin qəzasından sağ çıxan Yekaterinburq sakini Subxonkul Rəhimov kritik anda öz vəzifələrini mükəmməl yerinə yetirən, əzm və cəsarət nümayiş etdirən stüardessa haqqında danışıb. Bu barədə SİA TASS-a istinadən xəbər verir.
"Pilotlara daha yaxın olan stüardessa dəhşətli vəziyyət olmasına baxmayaraq, çox möhkəm dayanırdı. O, möhkəm idi. Belə bir vəziyyətdə yerinə yetirməli olduğu bütün funksiya və vəzifələrini yerinə yetirdi. Onun verdiyi komandaya mən qulaq asıb oturacağa bərk söykəndim", - agentliyin həmsöhbəti qeyd edib.
O vurğulayıb ki, stüardessa işini əla şəkildə yerinə yetirib.
"Qadın 'sakitləşin' deyəndə - yadımdadır, bir kişi orada nəsə etiraz edirdi - əlbəttə ki, sakitliyi qorumaq lazımdır. O, əsasən Azərbaycan dilində danışır, insanları sakitləşdirirdi", - S.Rəhimov bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə