“İl-76” Aktauda təyyarə qəzasında sağ qalan rusiyalıları Moskvaya çatdırıb

Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) “İl-76” xüsusi təyinatlı təyyarəsi “Azərbaycan Hava Yolları”nın Aktauda qəzaya uğramasında sağ qalan rusiyalıları müalicə almaq üçün Moskvaya çatdırıb. Bu barədə SİA “TASS”a istinadla xəbər verir.

Təyyarə Jukovski hava limanında eniş edib.

Xüsusi reysi qarşılamaq üçün onlarla təcili yardım maşını gəlib. Təcili tibbi yardım maşınları, reanimasiya maşınları və yol polisi maşınları zərərçəkənləri çatdırmaq üçün hava limanının ərazisinə gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə