Qazaxıstanın Baş nazirinin müavini Kanat Bozumbayevin başçılıq etdiyi hökumət komissiyası Aktauya gəlib və qəza yerinə yola düşür. SİA Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, K.Bozumbayev daha sonra xəstəxanada yaralılara baş çəkəcək, xarici həmkarlarla görüşəcək, eləcə də qərargahın iclasını keçirəcək.
Qeyd olunur ki, Fövqəladə Hallar Nazirliyinin bütün xidmətləri, kriminalist ekspertlər və prokurorluq orqanları fövqəladə vəziyyət rejimində işləyir.
Komissiya Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin tapşırığı ilə yaradılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə