Gədəbəydə ova gedən 36 yaşlı kişi güllə yarası alıb. SİA-nın məlumatına görə, hadisə rayonun Qoşabulaq kəndində qeydə alınıb. Kənd sakini 1988-ci il təvəllüdlü T.Qasımov güllə yarası ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, T.Qasımov dağlıq ərazidə ov edən zaman silahla ehtiyatsız davranması nəticəsində açılan atəş onun ayağından dəyərək xəsarət yetirib.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə