Masallı rayonunun Ərkivan qəsəbəsində yanğın olub. SİA FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 90 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin 3 otağının yanar konstruksiyaları 62 m² sahədə və dam örtüyünün taxta atmaları 50 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi və yaxınlıqda olan tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB